ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün İslamabada yollanıb – Tramp

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Amerika nümayəndə heyəti
İranla sülh danışıqlarında iştirak etmək üçün Pakistana yola düşüb
və yaxın saatlarda oraya çatmalıdırlar.

Trend xəbər
verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “The New York Post”
qəzetinə müsahibəsində bildirib.

“Biz danışıqlar aparmalıyıq. Buna görə də hesab edirəm ki,
hazırda heç kim oyun oynamır”, – deyə Tramp qeyd edib. O bildirib
ki, Vensin rəhbərlik etdiyi yüksək səviyyəli ABŞ nümayəndə heyəti,
eləcə də xüsusi nümayəndə Stiv Uitkoff və müşavir Cared Kuşner
artıq danışıqların növbəti raundu üçün İslamabada yollanır.

“Onlar artıq ora gedirlər. Yerli vaxtla bu axşam orada
olacaqlar”, – prezident əlavə edib.




Tramp həmçinin bəyan edib ki, irəliləyiş əldə olunacağı
təqdirdə, İranın yüksək vəzifəli rəhbərləri ilə görüşməyə
hazırdır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir