Yunanıstan Azərbaycandan təbii qaz idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Yunanıstana
71,674 milyon ABŞ dolları dəyərində 174,937 milyon kubmetr təbii
qaz ( o cümlədən, qaz şəklində) ixrac olunub.

Bu haqda Trend
Azərbaycanın Dövlət Statistika Komitəsindən bildiriblər.




Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 1,661 milyon ABŞ dolları və ya 2,3 faiz
azalıb, fiziki həcm baxımından isə 40,809 milyon kubmetr və ya 30,4
faiz artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8
ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr
(qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü ilə
müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və
ya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və
ya 4,6% artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir