
Bakı. Trend:
Yaponiyada güclü zəlzələ və potensial sunami ilə əlaqədar 180
minə yaxın sakin üçün təxliyyə xəbərdarlığı elan olunub.
Trend xəbər verir
ki, bu barədə Kyodo agentliyi yerli yanğın mühafizə idarəsinə
istinadən məlumat yayıb.
Məlumata görə, 7,7 bal gücündə zəlzələdən sonra beş prefektura –
Hokkaydo, Aomori, İvate, Miyagi və Fukusimada təhlükə zonasında
yerləşən əhalinin təxliyəsi elan edilib.
Bunda qədər yalnız 156 nəfərin həyatı üçün riskin olduğu
deyilirdi.
Qeyd edək ki, bir neçə saat əvvəl Aomori prefekturasında 7,7
maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra əhali 3 metr-ə
qədər hündürlüyü olan sunaminin gözlənildiyini xəbərdar edib.

