Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

Baş səhifə

Bakı. Trend:

2015-ci ildə Azərbaycan ilə Çexiya arasında Strateji tərəfdaşlıq
üzrə Birgə Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında
münasibətlər ardıcıl şəkildə inkişaf edir.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya səfəri çərçivəsində “Euro”
jurnalına müsahibəsində bildirib.

Müsahibədə Azərbaycan–Çexiya əməkdaşlığı, Orta Dəhlizin artan
əhəmiyyəti və Azərbaycanın Avropa ilə Asiya arasında mühüm
nəqliyyat qovşağına çevrilməsi məsələləri müzakirə olunub.

Əmirbəyov vurğulayıb ki, Orta Dəhliz Avropanın yeni bazarlara
çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Onun
sözlərinə görə, Cənubi Qafqaz regionu və Azərbaycan bu marşrutun
əsas hissəsini təşkil edir və Avropa ilə Asiya arasında bağlantının
gücləndirilməsində mühüm rol oynayır.

Müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
prosesinə də toxunulub. Qeyd edilib ki, uzun illər davam edən
münaqişədən sonra regionda yeni reallıqlar formalaşıb və
nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün
möhkəmləndirilməsinə xidmət edə bilər. Bu baxımdan, regional
bağlantıların açılması Cənubi Qafqazın iqtisadi potensialını
artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Eyni zamanda, Avropa İttifaqının infrastruktur layihələrində
iştirakı məsələsi də gündəmə gəlib. Bildirilib ki, münaqişədən
əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş
təxminən 174 kilometrlik dəmir yolunun bərpası nəzərdə tutulur.
Qeyd olunub ki, bu cür layihələrə beynəlxalq maliyyə dəstəyinin
cəlb edilməsi nəqliyyat dəhlizlərinin inkişafı ilə yanaşı, regionda
uzunmüddətli sabitliyə də töhfə verə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir