Ağcabədidə ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Baş səhifə

Ağcabədi. Trend:

Ağcabədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir
nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə
nəticələnib.

Trend-in yerli
müxbirinin əldə etdiyi məlumata görə, qəza rayonun Hindarx
qəsəbəsində qeydə alınıb. Ağdam rayon sakini Gündüz Süleymanovun
idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində
həyatını itirib. Avtomobildə olan sərnişinlər Aysel adlı qadın və
Yalçın adlı şəxs ağır bədən xəsarətləri alıblar.




Yaralılar təcili olaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir