Ağcabədidə qəza: ölən və yaralananlar var

Baş səhifə

Ağcabədi rayonu ərzisində ağır yol qəzası baş verib.

Modern.az-ın xəbərinə görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Gündüz Süleymanov hadisə yerində keçinib.

Mərhumun avtomobilində olan iki nəfər isə ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

(Report)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir