
Bakı. Trend:
İngiltərənin “Liverpul” klubunun heyətində ciddi itki baş
verib.
Trend xəbər verir ki, Alisson
Bekerdən sonra Mersisayd təmsilçisinin ikinci qapıçısı Giorgi
Mamardaşvili də sıradan çıxıb.
Gürcüstanlı qolkiper Premyer Liqanın 33-cü turunun “Everton”la
matçında (2:1) zədələnib. 25 yaşlı “əlcək sahibi” təxminən 2-3
həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Liverpul” Giorgi Mamardaşvilini 2024-cü ilin
yayında “Valensiya”dan 30 milyon avroya transfer edib. Gürcüstan
millisinin üzvü bu mövsüm “qırmızılar”In heyətində meydana çıxdığı
18 oyunda 29 qol buraxıb.

