
Bakı. Trend:
Böyük Britaniyada məktəblərdə mobil telefonların istifadəsinə
qoyulan qadağanın qanuni qüvvəyə minməsi planlaşdırılır.
Trend “The
Independent”ə istinadla xəbər verir ki, bu məsələ ilə bağlı təklif
bu gün Lordlar Palatasında səsverməyə çıxarılacaq. Hökumət
“Uşaqların rifahı və məktəblər haqqında” qanuna dəyişiklik edərək
mobil telefon qadağasını rəsmi şəkildə qanuniləşdirməyi nəzərdə
tutur.
Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, bu dəyişiklik artıq
məktəblərdə tətbiq olunan qaydaların hüquqi əsasını təşkil
edəcək.
Nazirlikdən verilən açıqlamada o da qeyd olunub ki, mobil
telefonların məktəblərdə yeri yoxdur və məktəblərin əksəriyyəti
artıq onları qadağan edib.
Bu dəyişiklik mövcud qaydaları qanuni statusa yüksəldir və
məktəblərin artıq tətbiq etdiyi təcrübəyə hüquqi qüvvə verir.
Bildirilir ki, yeni qərar nəzarət mexanizmlərinin gücləndirilməsi
istiqamətində atılan addımların davamıdır.

