
Bakı.Trend:
Pirallahıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Trend-in
məlumatına görə, hadisə aprelin 19-u saat 21:35 radələrində
Pirallahı–Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobili idarə edən 1988-ci il
təvəllüdlü İntizar Umudov piyada keçidindən yolu keçən 1968-ci il
təvəllüdlü Alətdin Salmanovu vurub.
Nəticədə piyada hadisə yerində həyatını itirib.

