
Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla Mərkəzi və
Qərbi Asiya ölkələrində dövlət satınalmaları sistemlərinin və
institusional potensialın gücləndirilməsinə yönəlmiş yeni regional
texniki yardım (TY) layihəsini nəzərdən keçirir.
Bu barədə Trend
banka istinadən məlumat verir.
“Dövlət satınalmaları və institusional potensial üzrə regional
mühitin gücləndirilməsi (Mərkəzi və Qərbi Asiya ölkələrində)” adlı
təklif olunan təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına
300 min ABŞ dolları məbləğində maliyyələşdiriləcək.
Layihə regionun geniş ölkələr dairəsini, o cümlədən Ermənistan,
Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan,
Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı əhatə edəcək.
AİB-in məlumatına görə, layihənin əsas təsiri Mərkəzi və Qərbi
Asiyada milli satınalma sistemlərinin beynəlxalq qabaqcıl təcrübəyə
uyğun şəkildə gücləndirilməsi olacaq. Nəticədə bank tərəfindən
maliyyələşdirilən suveren investisiya əməliyyatları çərçivəsində
milli satınalma sistemlərindən daha geniş istifadə gözlənilir.
Texniki yardım çərçivəsində bir sıra diaqnostik və analitik
tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bunlara İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının Satınalma Sistemlərinin
Qiymətləndirilməsi Metodologiyası (MAPS) əsasında
qiymətləndirmələr, nəticəyönümlü kreditləşmə üçün fidusiar
sistemlərin təhlili, eləcə də dövlət elektron satınalma
sistemlərinin (e-GP) və agentliklərin effektivliyinin AİB
metodologiyaları əsasında icmalı daxildir.
Əlavə fəaliyyət istiqamətlərinə ölkə və sektor səviyyəsində
satınalma risklərinin qiymətləndirilməsi (ölkə tərəfdaşlığı
strategiyaları nəzərə alınmaqla), həmçinin satınalmaların strateji
planlaşdırılması prosesləri daxil ola bilər. Proqram, həmçinin,
qoşulmağa namizəd ölkələrdə milli satınalma sistemlərinin Ümumdünya
Ticarət Təşkilatının Dövlət Satınalmaları üzrə Sazişinin (GPA)
tələblərinə uyğunlaşdırılması üçün hədəfli qiymətləndirmələri də
nəzərdə tuta bilər.
Təşəbbüs, həmçinin onların modernləşdirilməsi və AİB tərəfindən
maliyyələşdirilən müqavilə şərtləri ilə uyğunluğunun təmin edilməsi
məqsədilə regional arbitraj mərkəzlərinin və müvafiq hüquqi
çərçivələrin təhlilini nəzərdə tutur. Sorğu əsasında dövlət
satınalmaları və müqavilələrin bağlanması sahəsində siyasət və
sistem səviyyəsində digər xüsusi qiymətləndirmələr də aparıla
bilər.
AİB-də qeyd olunub ki, bir sıra diaqnostik tədbirlər, xüsusilə
MAPS qiymətləndirmələri maraqlı tərəflərin, o cümlədən vətəndaş
cəmiyyəti və özəl sektor nümayəndələrinin geniş iştirakını nəzərdə
tutur. Diaqnostika nəticəsində təşkil olunacaq bilik mübadiləsi
tədbirləri də islahatlar çərçivəsində müzakirə və təkliflərin
hazırlanması üçün platforma rolunu oynayacaq.
“Dövlət satınalmaları və institusional potensial üzrə regional
mühitin gücləndirilməsi (Mərkəzi və Qərbi Asiya ölkələrində)” adlı
təklif olunan təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına
300 min ABŞ dolları məbləğində maliyyələşdiriləcək.

