
Bakı.Trend:
Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu
layihəsidir. Bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda
gərginlik azalacaq.
Trend xəbər
verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı
deyib.
“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq.
Beləliklə, “20 yanvar” ətrafında alışdığımız yoldakı gərginlik
kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil
yolu layihəsinin əhəmiyyətini göstərir”.,-deyə o əlavə edib.

