ABŞ-də rüsum böhranı: şirkətlərə milyardlarla dollar qaytarılacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp administrasiyası Ali Məhkəmənin
qərarından sonra 166 milyard dollardan çox məbləğdə olan idxal
rüsumlarının geri qaytarılması proseduruna başlayır.

Trend xəbər verir
ki, bu barədə ”The New York Times (NYT)” qəzeti yazır.

“Bir il əvvəl prezident vəd etmişdi ki, qlobal rüsumlar “Amerikanı varlandıracaq”. Lakin Ali Məhkəmə hökuməti idxalçılara
vəsaiti geri qaytarmağa məcbur edib”, – nəşrdə qeyd olunur.

Bazar ertəsindən etibarən şirkətlər vəsaitlərin faizlə birlikdə
geri ödənilməsi üçün müraciət edə biləcəklər. Yalnız rüsumları
rəsmi şəkildə ödəmiş təşkilatlar vəsaitlərini geri ala bilər.




Ağ Ev geri ödənişlərin bir hissəsini və ya hamısını dayandırmaq
üçün yenidən məhkəməyə müraciət edib-etməyəcəyini açıqlamayıb.

Xatırladaq ki, ABŞ lideri fevralın 21-də bütün ölkələr üçün
ABŞ-a ixrac olunan mallara 10% həcmində rüsum tətbiqini nəzərdə
tutan qanunu imzalayıb. Ağ Evdə bildirilib ki, tariflər 150 gün
müddətinə tətbiq olunacaq və bəzi kateqoriyalar ümumiyyətlə
rüsumlardan azad ediləcək. Bunlara bir sıra metallar, enerji
daşıyıcıları, bəzi faydalı qazıntılar və müəyyən əczaçılıq
məhsulları daxildir.

Trampın tarif siyasəti nəticəsində ölkənin dünya dövlətlərinin
təxminən 40%-i ilə ticarəti azalıb. Belə ki, Şərqi Asiyada ən böyük
azalma Laos (–54%), Bruney (–24,2%) və Çin (–23,2%) ilə qeydə
alınıb. Mərkəzi Asiyada isə Monqolustan (–43,6%), Tacikistan
(–29,3%) və Qazaxıstan (–15,7%) ilə ticarət zəifləyib. Yaxın Şərqdə
azalma Yəmən (–55,9%) və İranı (–38,5%) da əhatə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir