
Bakı.Trend:
Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir
neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi
planlaşdırılır.
Trend xəbər
verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı
deyib.
“Seabrezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə
tutulur. Bu xəttin Mehdiabaddan metronun “28 May” stansiyasına
qədər uzadılması planlaşdırılır. Bundan əlavə, Bayıl ərazisindən
“28 May” stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir.
Eyni zamanda, “28 May”dan “Həzi Aslanov” istiqamətində,
Mehdiabaddan isə “8 Noyabr” stansiyasına qədər yeni xətlərin
salınması nəzərdə tutulur.
Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və
qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat
əlaqəsi daha da gücləndiriləcək”,-deyə V. Qasımlı bildirib.

