ABŞ-də nazir istefa verib

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Əmək naziri Lori Çavez-Dremer tutduğu vəzifədən istefa
verib.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin kommunikasiyalar
üzrə direktoru Stiven Çunq bildirib.




İstefa verən nazirin əmək fəaliyyətini bundan sonra özəl
sektorda davam etdirəcəyi bildirilir. Boş qalmış posta nazirin
müavini Kit Sonderlinq müvəqqəti rəhbər təyin olunub.

Ağ Evin rəsmi bəyanatında qeyd olunur ki, Lori Çaves-Deremer öz
vəzifəsində möhtəşəm iş görərək amerikalı işçiləri müdafiə edib,
ədalətli əmək təcrübələrini tətbiq edib və amerikalılara
həyatlarını yaxşılaşdırmaq üçün əlavə bacarıqlar əldə etməyə kömək
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir