Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaətin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında elektron satınalmalar
nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğin ehtimal olunan
qiymətdə xüsusi çəkisi 19,6% təşkil edib.

Trend bu barədə Prezident yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər
verir.

Məlumata görə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici üzrə 8,2 faiz bəndi artım müşahidə olunub.




Bildirilib ki, dövr ərzində elektron satınalmalar nəticəsində
dövlət büdcəsinə 99,5 milyon manat qənatə edilib. Ötən ilin eyni
dövründə bu göstərici 45,8 milyon manata bərabər idi. Beləliklə,
elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş
məbləğ illik ötən ilin eyni dövrü ilə müqayisədə 53,7 milyon manat
və ya 2,2 dəfə artıb.

“Bu, elektron satınalma sisteminin effektivliyini, dövlət
vəsaitlərindən səmərəli istifadəni və ümumi maliyyə idarəçiliyinin
yüksəlməsini nümayiş etdirir”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir