
Bakı. Trend:
“Bolonya”nın futbolçusu Conatan Rou Türkiyə Super Liqasında
çıxış edə bilər.
Trend xarici
mediaya istinadən xəbər verir ki, “Qalatasaray” ingiltərəli vingeri
transfer etmək istəyir.
İstanbul nəhənginin baş məşqçisi Okan Buruk rəhbərlikdən Rounun
transferini istəyib. “Sarı-qırmızılar” 22 yaşlı oyunçu üçün yaxın
vaxtlarda İngiltərə klubu ilə danışıqlara başlamağı
planlaşdırır.
Qeyd edək ki, “Bolonya” Conatan Rounu mövsümün əvvəlində “Marsel”dən transfer edib. İngiltərə U-21 millisinin üzvü A
Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 7
qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

