Yeni Klinikanın direktoru işdən azad edilib? – RƏSMİ

Baş səhifə

Yeni Klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, “Bakupost.az”a daxil olan məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.

Yeni Klinikanın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hazırda Barat Yusubov işdədir, onun işdən azad olunması ilə bağlı TƏBİB-dən hər hansısa məlumat göndərilməyib” – deyə açıqlamada qeyd edilib. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir