Şuşada daha 7 yeni bina tikiləcək – 29,4 milyon manat ayrıldı

Baş səhifə

Bakı. Trend:

Şuşada yeni yaşayış binalarının tikintisi ilə bağlı işlərə start
verilir.

Trend-in
məlumatına görə, yeni yaşayış binaları şəhərin D-3 massivində
yerləşən 2-ci mərhələ üzrə aparılacaq.

Belə ki, həmin mərhələdə tikintisi nəzərdə tutulan yeni 7
yaşayış binasının tikinti işləri və ərazinin abadlaşdırlması işləri
həyata keçiriləcək.




Məlumata əsasən, artıq bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsi müvafiq işləri yekunlaşdırıb və “Diler İnşaat” Qapalı
Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, görüləcək işlərin maliyyə dəyəri 29,4 milyon
manat müəyyənləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir