Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

Baş səhifə

Bakı. Trend:

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin
21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər
verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin
birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur
Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir