Son on ildə neçə dəfə apreldə qar yağıb?

Baş səhifə

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün
ölkənin dağlıq ərazilərdə qar yağıb. Qar örtüyünün hündürlüyü
Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza),
Zaqatalada (Əlibəy) 1 sm-dir.

Maraqlıdır, son on il ərzində aprel ayında neçə dəfə və hansı
ərazilərə qar yağıb?

Trend xəbər
verir ki, statistikaya görə, 2017 və 2018-ci illərin aprel ayında
da dağlıq ərazilərdə qar yağıb. 2019-cu ilin 17–22 aprel
tarixlərində isə Zaqatala, Balakən, Şəki, Oğuz, Quba ərazilərində
qar yağıb. Qarın hündürlüyü 2 -14 sm olub. 2020-ci və 2024-cü
illərdə də dağlıq ərazilərdə aprel ayında qar düşüb.




2022-ci və 2023-cü illərdə isə may ayında Quba rayonunun Xınalıq
kəndinə qar yağıb, qarın hündürlüyü 10 sm-dən çox olub.

Qeyd edək ki, 5 aprel 2004-cü ildə isə Bakı şəhərində güclü qar
yağıb. Bu isə rekord hadisə kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir