Metronun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb

Baş səhifə

Bakı. Trend:

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin
qatar yoluna düşüb.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat
verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb
və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.




İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin
həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola
salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna
göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir