
Bakı. Trend:
Böyük Britaniyada “Telegram” platformasına qarşı istintaq
başladılıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin dövlət media tənzimləyicisi sayılan
“Ofcom” uşaqlara qarşı cinsi zorakılıq məzmunlu qanunsuz
materialların yayıldığı şübhəsi ilə bağlı araşdırma aparır.
Tənzimləyicinin açıqlamasında bildirilir ki, araşdırma 2023-cü
il “Onlayn Təhlükəsizlik haqqında” qanun çərçivəsində aparılır və
məqsəd platformanın bu cür materialların yayılmasının qarşısını
almaq üzrə öhdəliklərinə əməl edib-etmədiyini
müəyyənləşdirməkdir.
“Ofcom”, həmçinin “Teen Chat” və “Chat Avenue” veb-çatları ilə
bağlı da oxşar prosedura başladıb. Məqsəd onların uşaqları cinsi
xarakterli hərəkətlərə sövq etməyə çalışan şəxslərin qurbanına
çevrilmək riskindən qorumaq üzrə öhdəliklərini yerinə
yetirib-yetirmədiyini müəyyən etməkdir.

