Azərbaycan alüminium ixracını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 63,8 milyon ABŞ
dolları dəyərində 19,4 min ton alüminium və ondan hazırlanan
məmulatlar ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,8 milyon
ABŞ dolları və ya 20,4%, həcm baxımından isə 1 363 ton və yaxud
7,5% artıb.




Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların
ümumi ixracda xüsusi çəkisi 1,18%, qeyri-neft sektoru üzrə xüsusi
çəkisi isə 7,40% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 34,6
milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan
məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici
ilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 27,9% azalma
deməkdir.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların
ümumi idxalda xüsusi çəkisi 0,86%-ə bərabər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir