Bu gün metroda qatarlar gecikəcək

Baş səhifə

Bakı. Trend:

Bu gün Bakı Metropolitenində bütün xətlər üzrə qatarların
hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.

“Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumata görə, bu
səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti
şənbə günü qrafikinə uyğun təşkil olunacaq.

Qatarların hərəkət intervalları belə müəyyən edilib:
“Əhmədli–28 May” xətti üzrə – 2 dəqiqə 30 saniyə
“28 May–Dərnəgül” xətti üzrə – 5 dəqiqə
“28 May–İçərişəhər” xətti üzrə – 5 dəqiqə




Digər istiqamətlər üzrə hərəkət cədvəlləri buradan
https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli

Qeyd edilib ki, Bakı Metropolitenində ötən gün baş verən texniki
insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir. Hadisənin
ilkin qiymətləndirilməsi aparılıb və müvafiq texniki və təşkilati
yoxlamalar həyata keçirilir.

Xatırladaq ki, ötən gün 12:10 radələrində metroda texniki
nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir
saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir