Bakıda internat məktəbində baş verən yanğın nəzarətə götürüldü – BŞTİ

Baş səhifə

Bakı. Trend:

Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli
Respublika xüsusi internat məktəbinin elektrik naqillərində
qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bu barədə Trend-ə Bakı Şəhəri
üzrə Təhsil İdarəsindən məlumat verib.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə
xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı
alınıb.




İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi
təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri
araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir