“Birbank”da müraciətlərin 70%-i süni intellektlə cavablandırılır

Baş səhifə

Bakı. Trend:

2025-ci ilədək “Birbank” çatına ünvanlanan müştəri sorğularının
emalı 40%-dən 70%-ə yüksəlib. Bu artım müştərilərin məmnuniyyət
nəticələrinin də 75%-ə yüksəlməsinə səbəb olub.

Trend xəbər
verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı
direktoru Fərid Hüseynov bu gün rəhbərlik etdiyi bankın 2025-ci
ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən
mətbuat konfransında deyib.




“Yeni nəsil “AI-agent” əsaslı çat həllərimiz vasitəsilə
müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə
bilirlər – kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd
kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq
operator müdaxiləsi olmadan həyata keçirilir. Rəqəmsallaşma
trendini daxili əməliyyatlarımızda da tətbiq edirik. Nümunə olaraq
desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə
2025-ci ildə 8 departamentimiz üzrə 46 biznes prosesini
avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə
qənaət etmək imkanı yaradıb”, – sədr qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir