
Bakı. Trend:
“Kapital Bank”ın sahibkarlara xidmət edən platforması “Birbank
Biznes”in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000
nəfərə çatıb. Onlardan böyük bir qismi 169 000 nəfəri mikro
sahibkarlıqla məşğul olur.
Trend xəbər
verir ki, bunu “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci
müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin
yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən
mətbuat konfransında deyib.
“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və
xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların
rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə
müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə
məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro
sahibkarlar kreditlərinin 89.5%-ni, Kiçik və Orta sahibkarlar isə
39%-ni onlayn rəsmiləşdirib. Kiçik və Orta biznes və Korporativ
seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin
98%-ni Birbank Biznes üzərindən edirlər”, – o vurğulayıb.

