
Bakı. Trend:
Ermənilər tarixin heç bir dövründə sivilizasiya
yaratmayıblar.
Trend xəbər verir
ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli bu gün Bakıda “Ümumdünya Kitab və Müəllif Hüququ Günü” münasibətilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və
uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya
ərazilərində prototürk qəbilələri və onların qafqaz ilə əlaqələri”
mövzusunda keçirilən konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, xalqların əksəriyyəti sivilizasiyaların
formalaşmasında iştirak edib:
“Ermənilər isə qədim zamanlardan səpələnmiş xalq olduqları üçün
hər hansı sivilizasiyanın yaranmasında iştirak etməyiblər. Müasir
reallıqları nəzərə alaraq, Nikol Paşinyanın “real Ermənistan”
anlayışını qəbul edib bununla razılaşmaq Ermənistanın
xeyrinədir.
Prezidentimizin apardığı sülh və təhlükəsizlik siyasəti dünyada
sülhə töhfə verməklə yanaşı, Cənubi Qafqazda da sabitliyin əsasını
qoyur. Bu isə region dövlətləri arasında ən çox Ermənistanın
xeyrinədir”.

