
Bakı. Trend:
Bakı. Trend:
2021-ci ildə təsdiqlənən Dövlət Proqramında Çernobıl əlillərinin
də mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub və bu
günədək 450 çernobılçı ailəsi mənzillə təmin olunub.
Trend xəbər
verir ki, bunu “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai
Birliyinin sədri Mirhəsən Həsənov deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda xeyli
azərbaycanlı çernobılçı şəhid olub. Həmçinin çernobılçıların
övladlarından da 44 günlük Vətən müharibəsində iştirak edənlər
olub.
“Çernobılçılar həmişə vətənpərvər olublar”, -deyə o əlavə
edib.
Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimal hissəsindəki
Pripyat yaxınlığında baş verən Çernobıl faciəsindən 40 il ötür.

