
Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Ataşehir rayon bələdiyyəsində
tender, şəhərsalma və istismar icazəsi prosedurları ilə bağlı
rüşvət alındığı iddiası üzrə aparılan istintaq çərçivəsində
əməliyyat keçirilib.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, əməliyyatın gedişində 19 nəfər, o cümlədən,
bələdiyyə sədri Onursal Adıgüzel polis əməkdaşları tərəfindən
saxlanılıb.
Müvafiq prosedurların aparılmasından sonra yerli məhkəmə onların
barəsində həbs qətimkan tədbiri seçib və şübhəlilər şöbədən
istintaq təcridxanasına göndəriliblər.
Xatıradaq ki, bir müddət əvvəl İstanbul Baş Prokurorluğu,
Ataşehir bələdiyyə sədri Onursal Adıgüzel, sədr müavinləri Birkan
Birol Yıldız, Orhan Aydoğdu və Oğuz Kayanın rüşvət aldıqları barədə
daxil olan məlumatlar əsasında “rüşvət alma”, “cinayət törətmək
məqsədilə təşkilat yaratma, idarə etmə və üzv olma” və “tenderə
müdaxilə etmə” maddələri ilə cinayət işi açılmışdı.

