
Bakı. Trend:
Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü
müzakirələrimiz oldu.
Trend xəbər verir ki, bunu
aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti
Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edən
Latviya Prezidenti bildirib ki, bu gün Bakıda keçiriləcək biznes
forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan
verəcək.

