
Bakı. Trend:
İraqın Ərbil şəhərində neft emalı zavodu yanır.
Trend xəbər verir
ki, bu barədə İraq mediasında məlumat yayılıb.
Məlumata görə, Kürdüstan muxtariyyatının paytaxt şəhərinin
ərazisində yerləşən zavodunu güclü alov bürüyüb.
Regional və mərkəzi hakimiyyət hələ ki, insidentlə əlaqədar
rəsmi bəyanat verməyib.
Bundan əvvəl “Reuters” agentliyi iki mənbəyə istinadən, çərşənbə
günündə İranyönümlü kürd qüvvələrin düşərgəsinin dron hücumuna
məruz qaldığını, zərbə nəticəsində 3 nəfərin yaralandığı barədə
məlumat yaymışdı.

