Qəbələ yolunun bir hissəsi 3 gün bağlı olacaq

Baş səhifə

Bakı.Trend:

Muğanlı–İsmayıllı–Qəbələ yolunun 0–8 km hissəsində təmir işləri
aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA)məlumat verilib.

Bildirilib ki, Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun 0–8 km
hissəsində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il
saat 24:00-dək təmir işləri aparılacaq.




Təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə
nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq
Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək.

Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə
vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz
keçid təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir