Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Baş səhifə

Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyə namizədliyini təqdim edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Nazir Gürcüstanın artıq müvafiq müraciəti təqdim etdiyini vurğulayıb.

“Biz ATƏT-ə Gürcüstanın gələn il üçün sədrliyini təklif etmişik. Əlbəttə ki, qərar iştirakçı ölkələr tərəfindən yekdilliklə qəbul edilməlidir. Namizədliyimizin nə qədər dəstəklənəcəyini söyləmək hələ tezdir”, – Boçorişvili əlavə edib.

Xatırladaq ki, ATƏT-ə sədrlik bir il müddətində quruma üzv olan dövlət tərəfindən həyata keçirilir. Bu il təşkilata sədrlik İsveçrəyə məxsusdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir