
Bakı. Trend:
Avropa İttifaqının daimi nümaydələri Rusiyaya qarşı 20-ci
sanksiyalar paketini və Ukraynaya 90 milyard avro həcmində kreditin
ayrılmasını təsdiqləyiblər. Bu, Macarıstanın sanksiyaları daha
bloklamaması sayəsində mümkün olub.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə Kiprin Avropa İttifaqı
Şurasındakı daimi nüyəndəliyi məlumat yayıb.
“Bu qərarların hər ikisi Aİ ölkələrinin daimi nümayəndələri
səviyyəsində qəbul olunub. İndi onların yekun təsdiqi üçün yazılı
prosedur keçiriləcək”, – deyə bildirilir.
Hər iki təklif üzrə təsdiq prosesinin sabaha kimi yekunlaşacağı
gözlənilir.
Məlumatda, 20-ci sanksiya paketinə hansı tədbirlərin daxil
ediləcəyini dəqiqləşdirmir. Lakin bəzi Qərb KİV-ləri daha əvvəl
bildirirdilər ki, paket ilkin planlaşdırıldığı qədər genişmiqyaslı
olmayacaq: ehtimal edilir ki, ölkələr neft sektoruna qarşı
əvvəlcədən nəzərdə tutulmuş bir sıra tədbirlərdən imtina
ediblər.

