
Bakı. Trend:
Avropa İttifaqı və Avropa İnvestisiya Bankı Kiyevə 600 milyon
avro vəsaitin ayrılmasını elan edib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının
bəyanatında deyilir.
“Aİ və Avropa İnvestisiya Bankı Ukraynanın bərpasına 600 milyon
avro vəsait ayırıb”, – deyə sənəddə vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Aİ daimi nümayəndələrinin Rusiyaya
qarşı sayca 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro
həcmində kreditin ayrılmasını razılaşdırdığı barədə məlumat
yayılmışdı.

