
Bakı. Trend:
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs səmimi
qəbula görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təşəkkür edib.
Trend xəbər verir
ki, bu barədə Rinkeviçs öz rəsmi “X” sosial şəbəkə hesabında
yazıb.
“Prezident İlham Əliyevlə çox səmimi və məzmunlu müzakirələr
apardıq. İkitərəfli münasibətləri, regional təhlükəsizliyi və
enerji məsələlərini müzakirə etdik. Strateji tərəfdaşlar olaraq
bundan sonra da sıx siyasi və iqtisadi əlaqələri inkişaf
etdirəcəyik. Səmimi qəbula görə Sizə təşəkkür edirəm, cənab
Prezident”, – deyə Latviya Prezidenti qeyd edib.
Xatırladaq ki, aprelin 21-i axşam saatlarında Latviya
Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi
səfərə gəlib. Aprelin 22-də Rinkeviçsin rəsmi qarşılanma mərasimi
keçirilib, daha sonra Azərbaycan və Latviya prezidentləri təkbətək
və geniş tərkibdə görüşlər keçiriblər. Daha sonra
Azərbaycan-Latviya sənədlərinin mübadiləsi baş tutub, Prezident
İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış
ediblər.

