
Bakı. Trend:
ABŞ-nin paytaxtı Vaşinqtonda metro xəttində sərnişin qatarının
tuneldə texniki nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı
11 nəfər xəsarət alıb.
Trend xəbər verir
ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, qəza zamanı xəsarət alanların həyati təhlükəsi
yoxdur.
İnsident yerli vaxtla gecə 12:00 radələrində baş verib. Xüsusi
texnika gümüş xəttdə yerləşən stansiyalardan birində platforma
qarşısında dayanan sərnişin qatarının arxa vaqonuna çırpılıb.
Məlumata gəsasən, hadisə vaxtı qatarda 27 nəfər olub. İnsidentin
səbəbləri araşdırılır.

