Meloni onu təhqir edən Solovyovu biabır etdi

Baş səhifə

İtaliya Baş naziri Georgia Meloni  onu təhqir edən və Trampa xəyanətdə ittiham edən jurnalist Vladimir Solovyova cavab verib.

Modern.az xəbər verir ki, Baş nazir jurnalistlə bağlı Facebook səhifəsində paylaşım edib.

“Təbiətcə rejimin qeyrətli təbliğatçısı nə ardıcıllıq, nə də azadlıq dərsi verə bilməz. Və əlbəttə ki, bu karikaturalar bizi yolumuzdan sapdıra bilməz. Başqalarından fərqli olaraq, bizim kuklaçılarımız, ağalarımız yoxdur və əmrləri qəbul etmirik. Kompasımız dəyişməzdir: İtaliyanın maraqları. Və biz bütün təbliğatçıların nə deməsindən asılı olmayaraq, onu qürurla izləməyə davam edəcəyik”, – deyə Meloni Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Solovyov əvvəllər İtaliya Baş naziri Melonini italyan dilində yüngül əxlaqlı qadın və “faşist məxluq” adlandıraraq onu Trampa xəyanət etməkdə ittiham etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir