
Bakı. Trend:
Bakıda sinif yoldaşının üzərinə spirt tökərək yandıran yeniyetmə
barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat
daxil olub.
Trend xəbər
verir ki, Yasamal Rayon Məhkəməsində təqdimata baxılıb və qərar
qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə
həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli
sürülüb.

