Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

Baş səhifə

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa
çempionatı davam edir.

Trend xəbər verir ki, yarışın
üçüncü günündə Azərbaycanın iki yunan-Roma güşəşçisi qızıl medal
qazanıb.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda
Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək
dördqat Avropa çempionu adını qazanıb. Onun ardınca ötənilki
turnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə
(UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrunda
qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri
kürsünün üçüncü pilləsinə yüksəlib.




Qadınların yarışında isə Günay Qurbanova (59 kq.) yarımfinalda
ukraynalı dünya mükafatçısı Mariya Vinnikə 2:6 hesabıyla məğlub
olub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə üz-üzə
gələcək.

Elnurə Məmmədova (50 kq.) isə təsnifat mərhələsində polşalı
Aqata Qoluçovskaya məğlub olaraq turniri medalsız başa vurub.

Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərindən Rəşad
Məmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87
kq.) bürünc medal qazanıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir