Xırdalanın bir hissəsində işıq olmayacaq

Baş səhifə

Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir