“Milan” “Bavariya”nın futbolçusuna təklif göndərdi

Baş səhifə

Bakı. Trend:

Mövsümün sonunda “Bavariya” ilə müqaviləsi başa çatan Leon
Qoretska karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Milan”
yayda azad agent statusunda olacaq almaniyalı yarımmüdafiəçini
heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Matteo Moretto məlumat
yayıb.




“Rossonerilər” artıq Qoretska ilə ilk danışıqlara başlayıb. “Milan” 31 yaşlı futbolçuya illik 5 milyon avro maaş və 3 illik
müqavilə təklif edib.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Leon Qoretska bu
mövsüm “Bavariya”nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3
qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir