
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam
Respublikası arasında ticarət əməliyyatlarının həcmi 169,5 milyon
ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 12,4 milyon ABŞ dolları və ya 7,9% çoxdur.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İrana 2,8 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 2,1 milyon ABŞ dolları və ya təqribən 1,7 dəfə
azdır.
Hesabat dövründə Azərbaycan İrandan 166,7 milyon ABŞ dolları
dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 14,4 milyon ABŞ dolları və ya 9,5% artım
deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici
ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və
ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,
4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar
və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə
çoxdur.

