Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanıldı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın bir neçə rayonun məktəblərində yuxarı sinif
şagirdləri arasında kütləvi yoxlamalara start verilib.

Trend-in
məlumatına görə, yoxlamalar əsasən Abşeron, Sumqayıt və ətraf
ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin
çantalarını və üzərlərində olan əşyaları yoxlayaraq qadağan olunmuş
predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə
kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli
vasitələr daxildir.

Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların
məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə
edirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar baş
verən insidentlərin artması ilə əlaqədardır.




Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşına
çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil
olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar
aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlı
məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta
məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt
tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal
təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım
göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb,
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir