
Bakı. Trend:
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan
Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatıb.
Trend xəbər verir ki, hər iki
ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin
birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur
Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

