Kürdə subasma ilə bağlı təxliyyə edilən var? – RƏSMİ

Baş səhifə

Kür çayının aşağı axınında son günlər müşahidə olunan su səviyyəsinin artımı ilə bağlı vəziyyət nəzarətdə saxlanılır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumatda bildirilib ki, qeyd olunan ərazilərdə təxliyə ilə bağlı nazirliyə hər hansı müraciət daxil olmayıb. 

Qeyd edək ki, son günlər Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunur. Belə ki, Sabirabad, Salyan, Neftçala, Zərdab, Ağcabədi və digər rayonların ərazisində çayın səviyyəsinin yüksəlməsi qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir