
Bakı.Trend:
Orta Dəhliz hazırda getdikcə daha böyük önəm qazanır, çünki
ciddi fasilələr olmadan fəaliyyət göstərən marşrutlardan
biridir.
Trend xəbər verir
ki, bunu “KMQ Kaşaqan B.V.” MMC-nin kommersiya məsələləri üzrə baş
direktor müavini Kuanış Keskinbayev bildirib.
“Qazaxıstan neftinin ixracı üçün bu dəhlizin ötürücülük
qabiliyyəti 5 milyon tona qədərdir və həcmlərin artırılmasına
ehtiyac yarandığı halda əlavə limanlara, tanker gəmilərinə və
əlaqəli infrastrukturun inkişafına investisiya qoyulmalıdır”, —
deyə o qeyd edib.
Onun sözlərinə görə, bu marşrut üzrə daşınma xərcləri adətən
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə müqayisədə daha
yüksəkdir, lakin Azərbaycan neftinin daha yüksək qiyməti bu fərqi
qismən kompensasiya edir.
“Xalis ixrac gəlirliliyi baxımından tariflərdə görünən fərq
reallıqda daha kiçik ola bilər. Bununla belə, CPC tam əlçatan
olduğu hallarda çox vaxt ən sərfəli marşrut olaraq qalır”, — deyə
Keskinbayev əlavə edib.

