
Bakı.Trend:
Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı,
eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin
kəsişməsində yerləşən svetoforlarda dəyişiklik edilib.
Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən məlumat verilib.
Bildirilib ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat
intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat
hərəkətini təmin etmək məqsədilə:
1. Bəsti Bağırova – Cəfər Cabbarlı küçələrinin kəsişməsində
svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə
azaldılıb;
2. Cəfər Cabbarlı – Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində
svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə
artırılıb.
Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün
müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan
nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.

