Vergi orqanları birinci rübdə 89 cinayət işi açıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın vergi orqanları tərəfindən bu ilin birinci rübündə
89 cinayət işi açılıb.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin 1-ci rübü ərzində İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək
müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin)
yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını
hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə
markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə
markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı
olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul
köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 89
cinayət işi başlanılıb.




Hesabat dövründə 23 nəfər barəsində 19 cinayət işi üzrə ittiham
aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına
xitam verilmiş 12 cinayət işi, o cümlədən cinayət işinin
başlanılması rədd olunmuş 51 material və ibtidai istintaqı
tamamlanmış 5 cinayət işi üzrə 2.180,1 min manat məbləğində
vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan
əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və
materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 4.185,4 min manat
məbləğində vurulmuş ziyanın ödənilməsi təmin olunub.

Müxtəlif sahələr üzrə, o cümlədən idxal, topdan və pərakəndə
ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 14 vergi
ödəyicisinə məxsus 19 obyektdə “Azərbaycan Respublikasının Əmək
Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər
hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
hallarının aşkar edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti
tədbirləri həyata keçirilib və 9 vergi ödəyicisinə məxsus 10
obyektdə ümumilikdə 30 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi
qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsi faktları aşkar olunub. Həmin şəxslərin əmək hüquqları
bərpa olunub və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq
tədbirlər görülərək ümumilikdə 60,0 min manat məbləğində maliyyə
sanksiyası tətbiq edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir